Sabunçuda 2 otaqlı ev yanıb

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus 2 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31