Qaradağda mağaza yanıb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 25 kv.m olan mağazanın dam örtüyü 10 kv.m sahədə və soyuducu yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31