Hacıqabulda köhnə tikilidən cəbbəxana tapılıb
24 Sentyabr 2012 18:18 KriminalHacıqabulda külli miqdarda silah-sursat aşkar edilib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində istifadə edilməyən köhnə binanın ərazisində 2 ədəd "F-1", 1 ədəd "RQD-5" qumbarası, 3 ədəd qumbara alışdırıcısı, 1 ədəd süngü-bıçaq, 15 ədəd trotil şaşka tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31