Bakı sakini araqdan zəhərlənib öldü
24 Sentyabr 2012 18:17 KriminalBakı sakini spirtli içkidən zəhərlənib ölüb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyi məlumat verib. Hadisə sentyabrın 23-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə yaşayan Ağayusif Həsənov evindən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31