Balaca Fərəhi yola salırıq
Yanğında zəhərlənən körpə dəfn edəlmək üçün Xaçmaza aparılıb
20 May 2015 12:31 KriminalDünən Bakıda baş verən yanğında zəhərlənmədən dünyasını dəyişən Məhərrəmova Fərəh Elnur qızı dəfn edilmək üçün Xaçmaza aparılıb.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Fərəh bu gün saat 12-də Qubada dəfn ediləcək. Körpənin dəfninin bütün xərclərini isə Xaçmaz İcra hakimiyyəti öz üzərinə götürüb.Bundan başqa, yanğından sonra gecə saatlarında dünyasını dəyişən 65 yaşlı Elmira Yəhyayeva da dəfn edilmək üçün Qubaya gətirilib. Onun oğlu Murad Yəhyayevin verdiyi məlumata görə, Muradın həyat yoldaşı - 30 yaşlı Nigar, övladları 6 yaşlı Leyla və 4 yaşlı Sevinc, Qubadan qonaq gedən bacısı Rəhimə Ələkbərova hal-hazırda xəstəxanadadırlar.Xatırladaq ki, dünən Bakıda Azadlıq prospektində 16 mərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox yaralı var.