Nərimanovda yaşayış binasında yanğın baş verib
20 May 2015 11:12 KriminalNərimanov rayonunda yaşayış binasında yanğın baş verib.Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin hamamında tavan 3 kv.m sahədə yanıb.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31