16 ölü, 54 yaralı...
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir
19 May 2015 16:57 KriminalBinəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olan son məlumatlara əsasən, 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 -nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.