"Yanğın yerində 30 təcili yardım briqadası işləyir" - Səhiyyə Nazirliyi
19 May 2015 13:34 KriminalBinəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında zərər çəkənlərə kömək etmək üçün 30 təcili yardım briqadası səfərbər olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də hadisə yerindədir: Bütün böyük xəstəxanalar - Kliniki Tibbi Mərkəz, Yanıq Mərkəzi, Travmatologiya İnstitutu xəsarət alanları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Yaralılar barədə hələlik məlumat yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31