Yanğının söndürülməsinə helikopterlər cəlb edildi
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib
19 May 2015 13:33 KriminalHadisə yerinə FHN-nin yanğınsöndürən helikopterləri cəlb edilib. Nazirliyin xilasedicilərdən bir neçəsinin vəziyyəti pisləşib.
**
Bakıda çoxmərtəbəli bina yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31