Yanan binanın 10-cu mərtəbəsindən bir nəfər özünü aşağı atıb
Yanğın zamanı bir neçə nəfər xəsarət alıb
19 May 2015 13:12 KriminalBinəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində yaşayan orta yaşlı kişi özünü 10-cu mərtəbədən aşağı atıb. O dərhal keçinib. Yanğın artıq binanın əks tərəfinə keçib və daha da yayılıb. Yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. Binanın içərisində sakinlərin qaldığına dair məlumatlar var. Onların xilas edilməsinə çalışılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31