"Azadlıq" prospektindəki yanğına görə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
19 May 2015 12:40 Kriminal"Azadlıq" prospekti nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, "Azadlıq" prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31