Azərbaycanda bomba həyəcanı məktəbi bağlatdı
Orta məktəbin müəllimlərinin böyük əksəriyyəti polis idarəsində istintaq altındadırlar
24 Sentyabr 2012 17:25 KriminalAlar kəndində orta məktəbə bomba qoyulması ilə bağlı polis idarəsinə məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbənin Avopa.info-ya verdiyi məlumata görə, MTN-nin yerli şöbəsi və polis hərəkətə keçib, məktəbi bağlayıblar, yoxlama aparandan sonra yalan olduğu ehtimalı ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, hal-hazırda orta məktəbin müəllimlərinin böyük əksəriyyəti polis idarəsində istintaq altındadır. Polis zəngin haradan və kim tərəfindən edildiyini aydınlaşdırmaq istəyir.
Mənbə bildirib ki, bu zəngin arxasında beynəlxalq terror təşkilatlarından kiminsə barmağının ola biləcəyindən şübhələnirlər.
Qeyd edək ki, məktəbə bomba qoyulması ilə bağlı 2 gün öncə edilib.