Balakəndə hamam yanıb

Balakən rayonu, Kortalar kəndində vətəndaşa məxsus hamamda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə həyətyanı sahədə tikilmiş ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyadan ibarət hamamın yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı diqər tikililər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31