Azərbaycanlı qadınları İstanbulda satırmış - RƏSMİ
15 May 2015 11:37 KriminalBu il mayın 7-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir qadın alverçisinin şəxsiyyəti müəyyənləşdirilib. Lent.az-ın idarəyə istinadən məlumatına görə, Azərbaycan vətəndaşı, 1985-ci il təvəllüdlü Bayramzadə Aysel Şükür qızının qadınları cinsi istismar məqsədilə İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31