Evin damından oğurluq etdilər – şəhərin mərkəzində

Bakıda oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Mehdi Hüseyn küçəsi 51/34 ünvanında (metronun "İçərişəhər" stansiyasının yaxınlığı) yaşayan Əbilov Eynulla Şükür oğlu 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evinin damına çıxaraq elektrik naqilini kəsib. Şikayətçinin sözlərinə görə, naməlum şəxs və ya şəxslər mənzilin damından keçən 15 metr uzunluqlu naqili kəsərək oğurlayıblar.


Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31