Saxlanılan iş adamlarından 14 nəfər azadlığa buraxıldı
Buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub
14 May 2015 18:27 KriminalDaxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər azadlığa buraxılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub.
Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, geri qaytarmayıblar. Yaranmış kredit borcları faizləri ilə birlikdə bir neçə milyard dollara yaxın vəsaitə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31