Masallıda 6 otaqlı ev yanıb

Masallı rayonu, Mahmudavar kəndi vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyidən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv. m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 10 kv. m sahədə və dəhlizin tavanı 20 kv. m sahədə və evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 48 kv. m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31