Sumqayıtda qadın intihara cəhd edib
24 Sentyabr 2012 13:53 KriminalSumqayıtda gənc qadının intihar etməsinin qarşısı alınıb. Bu barəıdə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədilə mənzilinin eyvanına çıxması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadın özünü yaşadığı beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilinin eyvanından atmaqla intihar etmək istəyir. Xilasedicilər mənzilə daxil olub, gərgin pisxoloji vəziyyətdə olan qadını fikrindən yayındıraraq onunla müvafiq danışıqlar aparıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 12:45-də başa çatıb.