Xırdalanda 2 mərtəbəli obyekt yanıb

Abşeron rayonu, Xirdalan şəhərində ikimərtəbəli obyekt yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 528 kv.m olan ikimərtəbəli obyektin 1 otağının yanar konstruksiyaları 8 kv.m sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət qapı və nəfəsliyi 8 kv.m sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31