Qaxda 4 otaqlı ev əşyaları ilə birgə yanıb

Qax şəhərində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirıliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, tavanı 180 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31