Mingəçevir sakinin meyiti evində tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1952-ci il təvəllüdlü Şəfiyev Ələkbər Əhməd oğlu bağlı qapı arxasında qalıb. Yanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ə.Şəfiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31