Goranboyda restoran yanıb

Goranboy rayonu, Dəliməmmədli şəhərində vətəndaşa məxsus restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31