Yasamalda inzibati binada yanğın baş verib

Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 6 kv.m olan otaqda 48 ədəd akkumulyator yanıb. Otaq və içərisində olan digər akkumulyatorlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31