CİN “Bakcell”i məhkəməyə verdi!

"CİN Telekom" MMC məhkəməyə müraciət edib. Femida.az  xəbər verir ki, "CİN Telekom" MMC-nin məhkəməyə verdiyi qurum "Bakcell-LTD" MMC-dir. Üçüncü tərəf qismində "Rabitəbank" ASC,"Xalq Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir."CİN Telekom" MMC "Bakcell-LTD" MMC-yə qarşı agent müqaviləsinin dəyişdirilməsi, maddi və mənəvi zərərin tutulması tələbi barədə iddia irəli sürüb. MMC "Bakcell-LTD" MMC isə öz növbədində borcun ödənilməsi və ƏDV-nin tutulması tələbi barədə qarşılıqlı iddia qaldırıb.Bu maraqlı məhkəmə işinə Ali Məhkəmədə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31