Şabranda köməkçi tikili yanıb

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan köməkçi tikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31