119 uşağı zorlamış pedofilə 19 il həbs

Rusiyanın İvanovo şəhərində 119 uşağı zorlamaqda ittiham olunan 42 yaşlı yerli sakin 19 il həbs cəzasına məhkum edilib. Lent.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "İstintaq 119 cinayət epizodunu  müəyyənləşdirib. Cinayət əməllərini 1990-cı illərin sonlarından həyata keçirməyə başlayıb. Zərərçəkmişlər arasında həm qız, həm də oğlanların olduğu bildirilir. Onların əksəriyyəti hazırda yetkinlik yaşındadır", - deyə məlumatda bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31