Lənkəranda bomba həyəcanı

Sərxoş lənkəranlı aləmi qarışdırdı

Sentyabrın 20-də Lənkəranda yaşayış binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayon ərazisində, naməlum şəxs polisə zəng edərək, "Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə üzbə-üz binaya bomba qoyulub, indi partlayacaq" deyərək əlaqəni kəsib. Araşdırmalar zamanı zəng vuran şəxs Zamin Əzizov olması müəyyən edilib. O, Lənkəran ŞRPŞ-yə gətirilmiş və onun sərxoş halda olması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31