Masallıda radikal mafiya üzvlərinin evindən qumbara aşkarlandı

Masallıda narkobandanın evindən külli miqdarda narkotika və qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytəına istinadən yaydığı məlumata görə, dəstə üzvləri sentyabrın 8-də yaxalanıb.  Həmin gün  Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə Araz Quliyev,  Xalid Kazımov və Rza Ağalı Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.  Saxlanılan şəxslərin evinə sentyabrın 20-də baxış keçirilərkən oradan 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31