İrandan heroin keçirmək cəhdinin qarşısı alınıb
6 May 2015 16:07 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Ərəstun Əliyevin əl yükünə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı plastik qabın içərisində xalis çəkisi 200,01 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31