Xəzərdə top mərmisi tapılıb
21 Sentyabr 2012 20:41 KriminalXəzərdə top mərmisi tapılıb.Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin icarəyə götürdüyü "XAMA-311" gəmisində dəniz dibinin dərinləşdirilməsi işləri aparılan zaman partlayış təhlükəli əşya aşkarlanması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Mütəxəssislər müəyyən edib ki, bu, 1 ədəd 100 mm-lik top mərmisidir. Mərmi zərərsizləşdirilməsi üçün müvafiq qaydada götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31