Niyazabadda ev yandı

Xaçmazın Niyazabad kəndində ikimərtəbəli ev yanıb.Hadisə gecə saat 3 radələrində baş verib.Yanğın zamanı evdə olan 81 yaşlı Novruz Əzizov, həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə pəncərədən tullanaraq xilas ola bilib. Novruz Əzizov evdəki 1000 manat pul və sənədləri xilas etmək istəyərkən yüngül yanıq xəsarətləri alıb. Amma məqsədinə çatmayıb. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub və alov söndürülüb. Alovun elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir. Rtv.az-ın  məlumatına görə ev sahibi mənzilə yeni elektrik sayğacı quraşdırılanda köhnə sayğacın çıxarılmadığını deyib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31