Ukrayna vətəndaşı bərabər yaşadığı qadını qətlə yetirdi

Azərbaycan paytaxtında qətl törədilib. Səbail Rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Rəsul Rza küçəsi 16, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Elnur Şahmurad oğlu Hümbətov aralarında yaranan mübahisə zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Vidadi qızı Ağayevanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən E. Hümbətov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31