Azərbaycan əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib

Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerliyalı haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.  Məlumatda qeyd olunur ki, Nigeriya vətəndaşı, 36 yaşlı Muciyu Laulu Siyun Salisu kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31