Oğurluq etmiş şəxslər tutulub

DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Rəşid Dərgahovun mobil telefonunu oğurlamış Astara rayon sakini İbrahim Əlizadə tutulub. Həmçinin, Suraxanı RPİ 33-cü PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-nə keçən gecə Yeni Günəşli qəsəbəsində Fuad Hüseynova məxsus "VAZ-21154" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Elçın Rəhimov və əvvəllər məhkum olunmuş Ülvi Hacıyev tutulub. E.Rəhimovdan 0,300 qram, Ü.Hacıyevdən 0,306 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31