Mağazadan pul oğurladı, avtoqəzada dünyasını dəyişdi

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, şəhər sakini Hakim Mehdiyev idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb. Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31