4 nəfər bədbəxt hadisənin qurbanı oldu
4 May 2015 14:45 KriminalAbşeron rayon sakini Yaşar Vəliyev bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 2-də Xətai rayonunun Zığ yolu küçəsində Abşeron rayon sakini Yaşar Vəliyev idarə etdiyi "MAN" markalı evakuator avtomobilini təmir edərkən qaldırıcı qurğunun üzərinə düşməsi nəticəsində ölüb. Aprel ayının 30-da Sumqayıt şəhər sakini Raisa Şahbazova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 3-də orada ölüb. Bundan başqa mayın 2-də Qusar rayonunun Mucuq-palasa kəndinin ərazisindən keçən Samur-Abşeron su kanalına yıxılmış Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.
Daha bir bədbəxt hadisə Sabirabadda olub. Ötən il dekabrın 2-də Sabirabad rayonunun Cavad kəndində idarə etdiyi "VAZ-2107" markalı avtomobillə körpünün üstündən Kür çayına aşmış Əhliman Hüseynovun meyiti sudan çıxarılıb. Hər bir faktla bağlı araşdırma aparılır.