Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı

Bakıda avtomobil qaçırmış şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, mayın 3-də saat 06.00 radələrində H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus "Lexus" markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb. Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub. H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31