Bakı polisi vətəndaşlardan odlu silahlar götürüb

Bakıda iki nəfərdən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Yusifovdan "Simson" markalı tapança götürülüb. Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Oruc İsayevdən "AKSU" markalı silah, 43 ədəd patron və digər hərbi sursat götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31