Bakının mərkəzində qadınları vuran şəxs yaxalandı

Bakıda ağır qəza törədən sürücü saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi "Hyundai-Elantra" markal avtomobillə Bakı şəhər sakinləri - Esmira Məmmədova  və  Leyla İsmayılovanı vurub. Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31