“Sədərək” ticarət mərkəzində oğurluq edildi

Bakının "Sədərək" ticarət mərkəzində elektrik avadanlıqları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, mayın 2-də Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakinləri Əli Abdullayevə məxsus mağazanın qarşısından 3 ədəd tozsoran, Elşən Əzizova məxsus mağazanın qarşısından isə 35 ədəd elektrik qızdırıcı oğurlanıb. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü Rəşad Hüsən oğlu Mehrəliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31