Qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
4 May 2015 12:24 KriminalBakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mayın 3-də saat 20:20 radələrində Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31