Məktəbli qız özünü 5 mərtəbəli binanın damından atdı
4 May 2015 12:17 KriminalBakıda intihara cəhd olub. Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. 235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31