Parkda tanışını öldürənin cəzası 5 il azaldıldı

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1967-ci il təvəllüdlü Şəhlriyar Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci ( xüsüsi amansızlıq) maddəsi ilə olan əməli  120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 12 ilə endirilib.
Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 28-də Binəqədi rayonunda yerləşən parkda baş verib. 1967-ci il təvəllüdlü Əhədov Şəhlriyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Ağayevi Namiq Ağa oğlunu bıçaqlayıb. N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov isə hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılaraq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham olunan Şəhliyar Əhədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31