Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb
1 May 2015 16:38 KriminalBinəqədi rayonunda ölümlə nəticələnən yol-nəqlliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, nəticədə aprelin 30-da saat 08.00 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakinləri Mehman Muradovun idarə etdiyi "Saipa" və Seyfəddin Əliaslanovun idarə "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə S.Əliaslanov hadisə yerində ölüb, 2 sərnişini, habelə M.Muradov xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31