Avtomobilin vurduğu piyada dünyasını dəyişib
1 May 2015 16:39 KriminalXəzər rayonunda ölümlə nəticələnən yol-nəliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 30-da saat 18.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində qəsəbə sakini Yolağa Ağamalıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Elizadə Hüseynovanı, Gülbahar Cabbarovanı və onun qızı Nahidəni vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib. Xəsarət almış Nahidə Cabbarova orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31