Yetkinlik yaşına çatmayan 2 oğlanı zorlayan şəxsə 15 il həbs
O, elədiyi əmələ görə 15 il azadlıqdan məhrum edilib
1 May 2015 15:42 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan 2 oğlanı zorlamaqda təqsirləndirilən Allahverdi Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Allahverdi Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nizami rayonunda qeydə alınıb. A. Bağırov yetkinlik yaşına çatmayan Rəşad və Səlimi (adlar şəridir) aldadaraq, ev alqı-satqısı ofisinə gətirib. O, həmin iki oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri eləyib. Uşaqlar hadisə ilə bağlı valideynlərinə xəbər edib. Nizami rayon polis əməkdaşları tərəfindən A. Bağırov saxlanılıb.