Rusiyada üç azərbaycanlı yol qəzasında həlak oldu
21 Sentyabr 2012 16:24 KriminalRusiyanın Perm-Yekaterinburq avtomagistralında "Toyota Land Cruiser" və "VAZ-2108" markalı avtomaşınların toqquşması nəticəsində üç nəfər azərbaycanlı həlak olub.
Lent.az-ın pervo.ru-ya istinadən verdiyi məlumata görə, qəza "VAZ-2108"in sürücüsünün qarşı yola çıxmağı nəticəsində baş verib. Nəticədə maşındakı Azərbaycan vətəndaşları olan üç sərnişin hadisə yerindəcə həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31