Bakıda neft yatağında oğurluq

Bakıda neft yatağından oğurluq etmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yataqlarından birindən 18 metr elektrik kabelini kəsərək oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Poladov tutulub. Faktla əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31