Paytaxtın mərkəzində yol qəzası: ölən və yaralananlar var

Paytaxtın mərkəzində avtomobil qəzasında bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 30-da saat 07:30 radələrində paytaxtın Azadlıq prospektində Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Mehman Əli oğlu Muradovun idarə etdiyi "Saipa" markalı və 1950-ci il təvəllüdlü Seyfəddin Məhəmməd oğlu Əliaslanovun idarə "VAZ 2107" markalı avtomobillər toqquşub. Nəticədə S.Əliaslanov hadisə yerində ölüb, həyat yoldaşı 1955-ci il təvəllüdlü Sürəyya Ağakişiyeva, 1980-ci il təvəllüdlü Mehriban Əliaslanova və M.Muradov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Binəqədi RPİ 4-cü PB-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31