Diaspor liderinə sui-qəsd edənlərdən daha birinin kimliyi müəyyənləşdi
21 Sentyabr 2012 16:21 KriminalRusiyanın Ulyanovsk şəhərində sui-qəsdə məruz qalmış Azərbaycan diasporunun lideri İslam Hüseynova hücum edənlərdən daha birinin şəxsiyyəti məlum olub. Lent.az-ın Ulyanovsk KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayət şöbəsindən bildirilib. Məlum olub ki, Rasim Bağırov adlı bu şəxs Moskvada yaşayır. Bir qədər əvvəl isə İslam Hüseynova sui-qəsddə ittiham olunan başqa bir azərbaycanlı Zahidov Nahid Böyükağa oğlunun olduğu müəyyən edilmişdi. Həm Bağırov, həm də Zahidov barəsində federal axtarış elan olunub.
Xatırladaq ki, bir qədər əvvəl Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri İslam Hüseynova qarşı sui-qəsd olmuşdu. Hadisə zamanı Hüseynov özü yaralanmışdı, mühafizəçisi isə öldürülmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31